Prezident İlham Əliyevdən dünya çempionu olan yığmamızla bağlı paylaşım - FOTO

Xəbərlər
2 İyun 2025 22:00
105
Prezident İlham Əliyevdən dünya çempionu olan yığmamızla bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, paylaşımda "Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!" qeyd edilib.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev bu gün Azərbaycan yığmasının üzvlərini qəbul edib.

İdman.biz