Səbuhi Abdullazadə "Sumqayıt"ın təklifini niyə qəbul etmir?

Xəbərlər
4 İyun 2025 16:58
56
Səbuhi Abdullazadə "Sumqayıt"ın təklifini niyə qəbul etmir?

"Sumqayıt" futbolçusuna yeni müqavilə təklif etsə də, hələ ki, ortaq məxrəcə gəlmək mümkün olmayıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Səbuhi Abdullazadə yetirməsi olduğu klubdan düşünmək üçün vaxt istəyib.

Abdullazadə ölkə xaricinə yollanmaq istəyir. Bu üzdən tələsik qərar vermək istəmir. "Sumqayıt" rəhbərliyi isə ona "yeni müqaviləyə imza at, xaricdən təklif olsa, pulsuz buraxacağıq" söyləyib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "kimyaçılar"ın heyətində ümumilikdə 38 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz