Leandro Andrade – Azərbaycan Premyer Liqasında ən bahalı futbolçu

Xəbərlər
4 İyun 2025 17:42
70
Leandro Andrade – Azərbaycan Premyer Liqasında ən bahalı futbolçu

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında ən yüksək transfer qiymətinə malik oyunçudur.

İdman.biz xəbər verir ki, Kabo Verde yığmasının üzvünün dəyəri orta hesabla 1,5 milyon avro olaraq müəyyənləşdirilib.

Təxmini Transfer Dəyəri (ETV) oyunçunun qiymətini hesablayan qiymətləndirmə modeli vasitəsilə müəyyən olunur. "Transfermarkt" portalına görə, Andrade üçün ETV aralığı 1,2-1,8 milyon avro təşkil edir.

Azərbaycan çempionunun digər futbolçuları da qiymətlərinə görə seçilirlər. Bunlar ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk və polşalı qapıçı Mateuş Koxalskidir: hər birinin transfer dəyəri 1,3 milyon avrodur.

İdman.biz