UEFA Çempionlar Liqasının finalında PSJ-nin start heyətinin orta yaşı 25 yaş 96 gün olub.
İdman.biz xəbər verir ki, Paris təmsilçisi rəqibi "İnter"dən (30 yaş 242 gün) orta hesabla 5 yaş 146 gün kiçik olub.
"Opta Joe" statistika portalının məlumatına əsasən, bu, Çempionlar Liqasının finalında iki start heyəti arasında ən böyük yaş fərqidir.
Qeyd edək ki, PSJ "İnter"ə 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropanın ən güclüsü olub.
İdman.biz