Bakıdakı dünya çempionatında rekord vurulub

Xəbərlər
30 May 2025 14:12
48
Bakıdakı dünya çempionatında rekord vurulub

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir. Daha öncə ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub – 6513.

Qeyd edək ki, Azərbaycan millisi görüşü 2:1 hesabı ilə xeyrinə bitirib.

İdman.biz