PSJ-nin vingeri Usman Dembele bu mövsüm bütün turnirlərdə keçirdiyi 48 oyunda 33 qol vurub və 13 məhsuldar ötürmə edib.
İdman.biz xəbər verir ki, Paris klubu ilə ardıcıl ikinci il Fransa çempionluğunu qazanan, bu mövsümün Liqa 1-də ən yaxşı futbolçu seçilən 28 yaşlı fransalı sabah karyerasında ilk dəfə Çempionlar Liqasının da qalib i ola bilər.
2025-ci ilin "Qızıl top"una əsas namizəd sayılan Dembele bu mövzuda fikirlərini bölüşüb: "Hamı mənə bu haqda danışır. Amma artıq demişəm ki, əsas məsələ Çempionlar Liqasını qazanmaqdır. PSJ-də oynayırsansa, fərdi mükafatlardan daha vacib şeylər var.
Biz bu kuboku qazanmağa fokuslanmalıyıq. Ümid edirəm ki, finalda biz qalib gələcəyik.
Amma bu asan olmayacaq, çünki “İnter”ə qarşı oynamaq çətindir. Onları mövsüm boyunca izləyirdim, çünki orada Markus Türam oynayır. “İnter” çətin rəqibdir.
Onlar artıq 4-5 ildir birlikdə oynayırlar. Ona görə də asan oyun olmayacaq, amma biz özümüzə inanırıq".
Qeyd edək ki, sabah Çempionlar Liqasının finalında PSJ və "İnter" komandaları qarşılaşacaqlar.
İdman.biz