"Söz verirəm ki, titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik".
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Pavol Şafranko "Qarabağ”la Azərbaycan kubokunun final matçı öncəsi mətbuat konfransında deyib.
O, həlledici matçda qələbə üçün əllərindən gələni edəcəklərini bildirib: “Ümid edirəm ki, maraqlı oyun izləyəcəksiniz. Məşqçimizin də dediyi kimi, ya qələbə qazanacağıq, ya da məğlub olacağıq".
Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.
Aytac Sahəd
İdman.biz