Millinin üzvü “Neftçi”dən ayrılıb

Xəbərlər
31 May 2025 10:17
75
Millinin üzvü “Neftçi”dən ayrılıb

Yeni mövsümə daha iddialı hazırlaşan “Neftçi”də növbəti ayrılıq yaşanıb.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu Höccət Haqverdi komandadan ayrılıb.

Paytaxt klubu Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçiyə yeni sözləşmə təklif etməyib.

Məşqçilər korpusunun “qara siyahı”sında olan Höccətin yeni mövsümdən başqa komandada top qovacağı dəqiqləşib.

Ölkəmizdə ilk klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib.

İdman.biz