Pley-off oyunu FIFA hakiminə tapşırılıb

Xəbərlər
27 May 2025 11:48
48
Pley-off oyunu FIFA hakiminə tapşırılıb

Azərbaycan çempionatının I Liqasına vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Difai” – “Hypers Guba” matçının hakimləri də bəlli olub.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Sabah baş tutacaq qarşılaşma “ASCO Arena”da keçiriləcək.

I Liqa, pley-off oyunu
28 may (çərşənbə)
16:00. “Difai” – “Hypers Guba”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”

İdman.biz