“Lerik” – “Şirvan” oyununun vaxtı açıqlanıb

Xəbərlər
26 May 2025 16:49
59
“Lerik” – “Şirvan” oyununun vaxtı açıqlanıb

2025/26 mövsümündə II Liqada çıxış etmək uğrunda pley-off oyununun yeri və vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu görüşdə cari mövsüm II Liqada 13-cü yeri tutan “Lerik” və Region liqasında 2-ci olan “Şirvan” üz-üzə gələcək. Mayın 29-da keçiriləcək matç "ASCO Arena"da baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, bununla əlaqədar mayın 27-də saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

İdman.biz