Lionel Messi qol vurub, komandası məğlubiyyətdən xilas olub - VİDEO

Xəbərlər
25 May 2025 19:59
45
Lionel Messi qol vurub, komandası məğlubiyyətdən xilas olub - VİDEO

Lionel Messi MLS-də növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, 37 yaşlı argentinalı "İnter Mayami"nin səfərdə “Filadelfiya Union”la heç-heçə etdiyi oyunda (3:3) fərqlənib.

72-ci dəqiqədə Messinin komandası 1:3 hesabı ilə məğlub vəziyyətə düşsə də, 87-ci dəqiqədə onun, 90+5-ci dəqiqədə isə Telasko Segovianın qolları ilə bərabərliyə nail olub.

Messi hazırkı mövsümdə "İnter Mayami”nin heyətində bütün turnirlərdə 19 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib. O, MLS-də 6 qolla komandasının bombardiridir.

İdman.biz