Gürcüstan futbol çempionatında oyundan sonra xoşagəlməz anlar yaşanıb.
İdman.biz xəbər verir ki, hadisə Tbilisi “Dinamo”su ilə Kutaisi “Torpedo”su arasında keçirilən matçın final fitindən sonra baş verib.
Oyundan dərhal sonra futbolçular arasında münaqişə yaranıb və kütləvi davaya çevrilib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Gürcüstan Futbol Federasiyası araşdırmaya başlayıb. Hər iki komandaya qarşı cərimələr və ya xalların silinməsi kimi sanksiyalar tətbiq oluna bilər.
Qeyd edək ki, qarşılaşma 2:0 hesabı ilə "Dinamo"nun xeyrinə başa çatıb. Bu, artıq paytaxt təmsilçisinin Gürcüstan çempionatında rəqibi üzərində ardıcıl 50-ci qələbəsidir. "Dinamo" hazırda 29 xalla turnir cədvəlində üçüncü yerdədir.
İdman.biz