Klublararası dünya çempionatında iştirak edəcək “Monterrey” klubunun yeni baş məşqçisi olub.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Baş məşqçi vəzifəsinə Domenek Torrent təyin olunub. Kataloniyalı mütəxəssis komandanı gələn ay start götürəcək dünya çempionatına hazırlaşdıracaq.
Torrent “Barselona”da Pep Qvardiolanın köməkçisi kimi çalışıb. O, 2007-ci ildə İspaniya klubunun ikinci, 2008-12-ci illərdə əsas komandasında çalışıb. Torrent 2013-16-cı illərdə “Bavariya”, 2016-18-ci illərdə “Mançester Siti”də Qvardiola ilə işləyib.
Qeyd edək ki, mütəxəssisin son iş yeri ötən il çalışdırdığı “Atletiko San-Luis” olub.
İdman.biz