Millinin baş məşqçisi: "Komandanın çıxışını zəif hesab etmək olmaz"

Xəbərlər
21 May 2025 22:16
59
Millinin baş məşqçisi: "Komandanın çıxışını zəif hesab etmək olmaz"

“Səhvlərimiz üzərində işləyib növbəti oyunda qələbə qazanmaq istəyirik”.

İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Azərbaycan yığmasının ilk oyununu şərh edib. O bildirib ki, Bəhreynlə oyun 1:1 hesablı heç-heçə bitsə də, komandanın çıxışını zəif hesab etmək olmaz: “Əvvəlcədən də demişdim ki, birinci oyun çətin olacaq. Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar. Üstəlik, meydança amili də vardı. Növbəti matça fokuslanacağıq. Yaxşı nəticə qazanıb qrupdan birinci çıxmaq istəyirik. Deməzdim ki, pis oynadıq, fikrimcə yaxşı oyun nümayiş etdirdik. Öz səhvimizdən qol buraxdıq. Ümid edirəm növbəti oyunda qalib gələcəyik”.

Qeyd edək ki, millimiz sabah Sloveniya ilə qarşılşacaq.

Aytac Sahəd
İdman.biz