AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXXV turunda baş verənlər müzakirə olunub.
Yaşananlara hüquqi qiymət verən qurum klubları cəzalandırıb.
“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi 800 manat cərimələnib.
“Şamaxı” – “Araz-Naxçıvan” oyununda futbolçusu sarı vərəqə alan meydan sahibi 700 manat cərimə olunub.
İdman.biz