"Dinamo" böyük problemlə üzləşib - klubun biznesmenə 100 milyon dollardan çox borcu var

Xəbərlər
21 May 2025 11:50
41
"Dinamo" böyük problemlə üzləşib - klubun biznesmenə 100 milyon dollardan çox borcu var

Kiyev «Dinamo»su 2024/25-ci illər Ukrayna Premyer Liqasının qalibi olub.

İdman.biz xəbər verir ki, ukraynalı jurnalist İqor Burbasın məlumatına görə, Ukrayna klubu rəhbərliyinin çox da sevinməyə səbəbi yoxdur.

"Dinamo"nun böyük borcu var. Tammiqyaslı müharibə başlamazdan əvvəl klub ukraynalı iş adamı Dmitri Firtaşdan 120 milyon dollar məbləğində kredit götürüb. "Dinamo" hələ də maliyyə öhdəliklərini yerinə yetirə bilməyib və bu da komandanın fəaliyyətinə təsir göstərə bilər.

İdman.biz