Forsberqin Bakı səfəri öncəsi transfer xəbəri yayılıb

Xəbərlər
14 Noyabr 2023 10:05
233
Forsberqin Bakı səfəri öncəsi transfer xəbəri yayılıb

İsveç millisinin futbolçusu Emil Forsberq “Leypsiq”dən ayrılacaq.

İdman.biz Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi MLS-də mübarizə aparan “Nyu York Red Bulls”a transfer olunacaq.

Keçidin qış fasiləsində reallaşacağı bildirilir. Amma Forsberqin ailəsi həmin vaxt Nyu-Yorka köçməyin əleyhinədir.

“Leypsiq” isə 2025-ci ilə qədər ilə müqaviləsi olan isveçlinin müqaviləsini daha 2 il müddətinə uzatmaqda maraqlıdır. 32 yaşlı futbolçu bu komandanın heyətində 318 oyunda 69 qol vurub.

Qeyd edək ki, Forsberqin də yer aldığı İsveç millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq.

Emin Ağa

İdman.biz