Marko Rossi: “Azərbaycan millisi öz meydanında yaxşı oynayır”

Xəbərlər
20 May 2025 17:00
50
Marko Rossi: “Azərbaycan millisi öz meydanında yaxşı oynayır”

“Bu dəfə heyətə elə oyunçular daxil etdik ki, onlar əvvəllər komandaya çağırılsalar da, son vaxtlar dəvət almırdılar”.

İdman.biz xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İsveç və Azərbaycanla yoldaşlıq oyunları üçün heyəti açıqlayan mütəxəssis dəvət etdiyi futbolçular barədə danışıb: “Bunun səbəbi odur ki, iki yoldaşlıq oyunu keçirəcəyik. Çağırdığımız futbolçular da son vaxtlar özlərini klublarında yaxşı tərəfdən göstəriblər. Biz onları qarşıdakı iki matçda və məşqlərdə görmək istəyirik”.

Rossi İsveç və Azərbaycan milliləri barədə də danışıb: “Hər iki rəqibimiz fərqli oyun üslublarına malikdir. İsveç çox güclü yığmadır. Onlara qarşı oynamaq çətin olacaq. Azərbaycan fərqli komandadır. Bu yığma İsveç qədər güclü olmasa da, öz meydanında yaxşı oynayır. Bizim hədəfimiz hər iki görüşdə qalib gəlməkdir”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da keçiriləcək.

İdman.biz