Macarıstan millisinin Azərbaycanla oyun üçün HEYƏTİ

Xəbərlər
20 May 2025 16:25
73
Macarıstan millisinin Azərbaycanla oyun üçün HEYƏTİ

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Macarıstan yığmasının heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Marko Rossi iyundakı matçlara 25 futbolçu çağırıb.

O, heyətə 3 qapıçı, 5 müdafiəçi, 12 yarımmüdafiəçi və 5 hücumçu dəvət edib.

Qapıçılar: Dibuş Denes (“Ferensvaroş"), Şappanos Peter (“Paksi”), Tot Balaş (“Blekbern”);

Müdafiəçilər: Baloq Botond (“Parma”), Dardai Marton (“Herta”), Mocsi Attila (“Rizespor”), Orban Villi (“Leypsiq”), Şalai Qabor (“Ferensvaroş”);

Yarımmüdafiəçilər: Bolla Bendequz (“Rapid” V), Çonqvai Aron (AIK), Dardai Bense (“Volfsburq”), Kerkez Milos (“Bornmut”), Naqi Jolt (“Puşkaş Akademiya”), Neqo Loik (“Havr”), Nikitşer Tamaş (“Valyadolid”), Osvat Attila (“Paksi”), Şafer Andras (“Union” B), Stiles Kallum (“Vest Bromviç”), Tot Aleks (“Ferensvaroş”), Vitalis Milán (“Qyor ETO”);

Hücumçular: Çobot Kevin (“Sankt Qallen”), Qazdaq Daniel (“Kryu”), Sallai Roland (“Qalatasaray”), Soboslai Dominik (“Liverpul”), Varqa Barnabas (“Ferensvaroş”).

Qeyd edək ki, Macarıstan iyunun 6-da İsveç, 10-da millimizlə üz-üzə gələcək. Yığmamızın oyunu Bakıdakı “Liv Bona Dea Arena”da baş tutacaq.

İdman.biz