Final: "Tottenhem", yoxsa "Mançester Yunayted"? - VİDEO

Xəbərlər
21 May 2025 09:00
63
Final: "Tottenhem", yoxsa "Mançester Yunayted"? - VİDEO

Bu gün UEFA Avropa Liqasının finalında İngiltərənin iki klubu üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, Premyer Liqada finişə bir tur qalmış 17-ci pillədə qərarlaşan "Tottenhem" 16-cı mövqedəki "Mançester Yunayted"lə qarşılaşacaq.

Feliks Svayerin rəhbərliyilə alamaniyalı hakimlər briqadasının idarə edəcəyi oyun İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək.

Əgər 90 dəqiqə ərzində qalib müəyyənləşməsə, əlavə vaxt və daha sonra penaltilər seriyası olacaq.

Avrokuboklarda sonuncu dəfə "Tottenhem" 1984-cü ildə UEFA kubokunu, "Mançester Yunayted" isə 2017-ci ildə Avropa Liqasını qazanıb.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, 2023-cü ildən bəri keçirilən 6 qarşılaşmadan 4-də "Tottenhem" qalib gəlib, 2-də isə heç-heçə qeydə alınıb.

UEFA Avropa Liqası
Final
21 may
23:00. "Tottenhem" - "Mançester Yunayted"

Bilbao, "San Mames" stadionu

İdman.biz