“Liverpul”dan antirekord

Xəbərlər
20 May 2025 09:16
99
“Liverpul”dan antirekord

“Liverpul” İngiltərə Premyer Liqasının antirekorduna imza atıb.

İdman.biz xəbər verir ki, Arne Slotun komandası çempionluğu təmin etdikdən sonra keçirdiyi ilk üç oyunda qələbə qazana bilməyən ilk komanda olub.

XXXVII turda “Brayton”a 2:3 hesabı ilə uduzan “Liverpul” bunadək “Arsenal” (2:2) və “Çelsi”ni (1:3) uda bilməyib. Premyer Liqa tarixində sona 3 və ya daha çox tur qalmış çempion olan komandalardan heç biri belə seriya ilə üzləşməyib.

Qeyd edək ki, mersisaydlıların 37 oyundan sonra 83 xalı var.

İdman.biz