“Araz-Naxçıvan” yenə qol vuracaq?

Xəbərlər
17 May 2025 11:42
46
“Araz-Naxçıvan” yenə qol vuracaq?

Misli Premyer Liqasının XXXV turunun ilk günündə üz-üzə gələcək “Şamaxı” və “Araz-Naxçıvan” çempionat çərçivəsində 8-ci dəfə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, əvvəlki 7 oyunda üstünlük Naxçıvan təmsilçisindədir.

Şamaxı klubu 2 qələbə və 1 heç-heçəyə nail olubsa, Muxtar Respublika təmsilçisi 4 dəfə üç xala sevinib. Top fərqi də qonaq komandanın xeyrinədir – 4-7.

“Şamaxı” son 6 matçda yalnız texniki qələbə ilə 3 xal qazanıb. Texniki nəticə nəzərə alınmasa, “Araz-Naxçıvan” bütün oyunlarda qol vurub.

04.11.2000

Xəzər Universiteti - Araz

3:1

28.04.2001

Araz - Xəzər Universiteti

2:0

27.10.2001

Araz - Xəzər Universiteti

1:0

03.03.2002

Xəzər Universiteti – Araz

+:-

10.08.2024

Araz Naxçıvan – Şamaxı

1:0

19.10.2024

Şamaxı – Araz Naxçıvan

0:1

14.03.2025

Araz Naxçıvan – Şamaxı

1:1

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.

İdman.biz