“Mançester Yunayted” antirekordunu yeniləyib

Xəbərlər
17 May 2025 09:13
45
“Mançester Yunayted” antirekordunu yeniləyib

“Mançester Yunayted” Premyer Liqasının XXXVII turunda “Çelsi” ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, 0:1 hesabı ilə uduzan “qırmızı şeytanlar” mövsümdə 18-ci məğlubiyyətini alıb.

Bu, 1992/93 mövsümündən sonrakı dövrün antirekordudur. Son 32 ildə Mançester təmsilçisi çempionatda bu qədər məğlubiyyət almayıb.

Qeyd edək ki, 37 oyunda 39 xal toplayan Ruben Amorimin yetirmələri turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

İdman.biz