"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayevin gələcək karyerası bəlli olub.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Gənclik şəhəri” təmsilçisinin kapitanı futbolçu karyerasını başa vurur.
Bununla əlaqədar sabah "Turan Tovuz"la oyunun startından öncə yarımmüdafiəçi ilə vida tədbiri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisində 11 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Bakı”, “Simurq”, “Qarabağ” və “Zirə”nin formasını geyinib.
İdman.biz