Hans-Diter Flik İspaniya La Liqası tarixinə çempion adını qazanan ikinci almaniyalı olub.
İdman.biz xəbər verir ki, mütəxəssisin rəhbərlik etdiyi “Barselona” qızıl medalları XXXVI turda təmin edib.
Flikin komandası səfərdə “Espanyol”u 2 qolla üstələyib. Bununla da xallarını 85-ə çatdıran Kataloniya təmsilçisi “Real” üçün əlçatmaz olub.
Flikə qədər yalnız bir almaniyalı baş məşqçi İspaniyada çempionluq sevinci yaşayıb. Buna Bernd Şuster nail olub.
Qeyd edək ki, Şusterin rəhbərlik etdiyi "Real" 2007/08 mövsümündə qızıl medala sahib çıxıb.
İdman.biz