"Müqavilənin müddəti bir ildir. Bu müqavilənin idmanın və ümumilikdə futbolun inkişafına böyük töhfə verəcəyinə inanıram".
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov SAB şirkəti ilə müqavilənin bağlanılması mərasimində deyib.
O, sözləşmənin sosial məsuliyyət tərəfinə ciddi önəm verdiklərini vurğulayıb: "Hörmətli tərəfdaşımızla futboldankənar məsələlər haqqında da danışdıq. Bu dəstəyin arxasında olan sosial məsuliyyət bizim üçün böyük əhəmiyyət daşıyır. Gənclər və yeniyetmələrimizin sağlam həyat sürmələri, bu yola təşviq olunmaları vacibdir".
Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Nəcəfov qarşı tərəfə klubun formasını hədiyyə edib.
Nəcəfov klubun SAB şirkətindən reklam qarşılığında maliyyə vəsaiti almayacağını söyləyib.
İdman.biz