Endi Kerrolla həbs təhlükəsi yarana bilər

Xəbərlər
29 Dekabr 2025 01:43
40
Endi Kerrolla həbs təhlükəsi yarana bilər

İngiltərə futbolçusu Endi Kerrolla məhkəmə qərarını pozmaq ittihamı ilə bağlı cinayət məsuliyyəti və hətta azadlıqdan məhrumetmə təhlükəsi yarana bilər.

İdman.Biz xəbər verir ki, Kerroll bu ilin aprelində Fransadan qayıdarkən Stansted hava limanında saxlanılıb.

Futbolçu dekabrın 30-da Çelmsford magistrat məhkəməsində rəsmi ittiham olunmaq üçün məhkəmə qarşısına çıxmalıdır.

Məlumata görə, söhbət məhkəmə tərəfindən verilmiş təqib qadağasının (məsələn, müəyyən şəxsə yaxınlaşma və ya əlaqə qurmama qadağasının) pozulmasından gedir. Bu cür pozuntu cinayət məsuliyyəti yaradır və bəzi hallarda beş ilədək həbs cəzası ilə nəticələnə bilər. Dəqiq cəza isə məhkəmənin qərarından asılı olacaq.

Qeyd edək ki, Endi Kerroll yaxın vaxtlarda yenidən İngiltərə futboluna qayıdaraq “Dagenhem and Redbridj” klubunun formasını geyinməyə başlayıb.

İdman.Biz