Afrika Millətlər Kubokunun F qrupunda Kamerun və Kot-d’İvuar yığmaları qarşılaşıb və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, hesabı 51-ci dəqiqədə Kot-d’İvuar yığmasının yarımmüdafiəçisi Amad Diallo açıb. Beş dəqiqə sonra - 56-cı dəqiqədə Kamerun millisinin heyətində Junior Çamadyu tarazlığı bərpa edib.
İki turdan sonra həm Kamerun, həm də Kot-d’İvuar yığmaları 4 xal toplayaraq F qrupunun turnir cədvəlinə liderlik edirlər.
