Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

Xəbərlər
29 Dekabr 2025 02:35
48
Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqanın 2026-cı ilə qədər həm fiziki, həm də psixoloji baxımdan tam bərpa olunması klub və baş məşqçi Xabi Alonsonun əsas hədəflərindən biri sayılır.

İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, ardıcıl zədələr səbəbindən son iki ildə 57 oyunu buraxan Kamavinqanın komandaya tam qayıdışı “Real” üçün yarımmüdafiə xəttinin balanslaşdırılmasında həlledici rol oynayacaq.

Bu mövsüm fransız futbolçu cəmi 650 dəqiqə meydanda olub. Halbuki o, Oralyen Tçuameni və Federiko Valverdenin yükünü azaltmalı olan əsas fiqurlardan biri kimi nəzərdə tutulur və həmin futbolçular çox böyük oyun vaxtı alırlar.

Kamavinqanın yoxluğu məşqçilər korpusunu “Kastilya”dan daha çox oyunçu cəlb etməyə məcbur edib. Məhz buna görə də onun tam formada qayıdışı klubun yaxın perspektiv üçün əsas prioritetlərindən biri olaraq qalır.

İdman.Biz