“Milan”dan baş məşqçisi ilə bağlı QƏRAR

Xəbərlər
15 May 2025 15:38
68
“Milan”dan baş məşqçisi ilə bağlı QƏRAR

“Milan” baş məşqçisi Serjio Konseysao ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda postundan ayrılacaq.

O, 2024-cü ilin dekabrından “rossonyeri”yə rəhbərlik edir. Konseysao klubu ilə İtaliya Superkubokunu qazansa da, komandanın A seriyasında 8-ci pillədə qərarlaşması rəhbərliyi qane etmir.

Onunla yanaşı, Joao Feliks də komandadan ayrılacaq. Portuqaliyalı icarədən götürüldüyü “Çelsi”yə qayıdacaq.

Qeyd edək ki, Milanın eyniadlı təmsilçisi kubokun finalında “Bolonya”ya 0:1 hesabı ilə uduzub.

İdman.biz