Luis Enrikedən ÇL-də tarixi nəticə - Qvardiolanın uğuru təkrarlanıb

Xəbərlər
1 İyun 2025 01:25
48
Luis Enrikedən ÇL-də tarixi nəticə - Qvardiolanın uğuru təkrarlanıb

PSJ-nin baş məşqçisi Luis Enrike karyerasında ikinci dəfə Çempionlar Liqası kubokunu qazanıb.

İdman.biz xəbər verir ki, o, ilk dəfə bu uğura 10 il əvvəl "Barselona" nail olmuşdu.

Enrike titul sayında 3 dəfə turnirdə qələbə qazanan Bob Peysli, Zinədin Zidan və Xosep Qvardiola, eləcə də ÇL-in 5 qat qalibi Karlo Ançelottidən geri qalır.

Luis həm də iki fərqli komanda ilə mövsümü 3 titulla başa vuran ikinci məşqçi olub. Ondan əvvəl Xosep Qvardiola "Barselona" və "Mançester Siti" ilə treblə imza atmışdı.

Bundan başqa, ispaniyalı məşqçilər Çempionlar Liqasında 12-ci qələbələrinə imza atıblar. İtaliyalı mütəxəssislərin hesabında isə 13 titul var.

İdman.biz