Titul qazandıran qolun müəllifi: "Məndən qol gözləyirdilər, inanırdılar" - VİDEO

Xəbərlər
1 İyun 2025 00:31
46
Titul qazandıran qolun müəllifi: "Məndən qol gözləyirdilər, inanırdılar" - VİDEO

"Çox sevinirəm. Komandanın qələbə qazanmasında qol payım oldu".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın heyətində Azərbaycan Kubokunu qazanan Tellur Mütəllimov deyib.

Final matçında həlledici qolun müəllifi olan müdafiəçi qələbə sevincini bölüşüb: "Əvvəllər də "Qarabağ"la oyunlarda fərqlənmişdim. Komanda yoldaşlarım finalda "sənin oyunundur" deyirdilər. yenə də bunu bacaracağımı deyirdilər. Məndən qol gözləyirdilər, inanırdılar. Son dəqiqələrdə qol vurduğum üçün çox sevinirəm".

Qeyd edək ki, Tellur "Qarabağ" - "Sabah" final matçının 119-cu dəqiqəsində qələbə topunun müəllifi olub.

İdman.biz