Halkın oğulları peşəkar müqavilə imzaladı

30 Yanvar 2026 17:34
73
Halkın oğulları peşəkar müqavilə imzaladı

Braziliyanın “Atletiko Mineyro” klubunda artıq təkcə Halk fərqlənmir. Təcrübəli hücumçunun oğulları da klubla peşəkar müqavilə bağlayıb.

İdman.Biz xəbər verir ki, Halkın böyük oğlu İan 17 yaşındadır və hücumçu mövqeyində çıxış edir. Kiçik oğlu Tyaqo isə 15 yaşındadır və yarımmüdafiədə oynayır.

Hər iki futbolçu ilkin mərhələdə “Atletiko Mineyro”nun gənclər komandasında forma geyinəcək.

Qeyd edək ki, Halk 2021-ci ildən “Atletiko Mineyro”nun əsas simalarından biridir. O, keçirdiyi 203 oyunda 102 qol vurub.

İdman.Biz