AFFA prezidenti Rövşən Nəcəf "Sabah" komandasını Azərbaycan Kubokunun qalibi olması münasibətilə təbrik edib.
İdman.biz xəbər verir ki, o, bu barədə LinkedIn sosial şəbəkə hesabında yazıb.
Federasiya rəhbəri finalda "Sabah" və "Qarabağ" komandaları arasında maraqlı final izlədiklərini qeyd edib: "Futbol üzrə Azərbaycan Kubokunun finalında “Sabah” və “Qarabağ” futbol klubları arasında maraqlı və əzmkar oyun izlədik. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanaraq Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasını ürəkdən təbrik edirəm".
İdman.biz