2024/2025 futbol mövsümündə dünya futbolunda maraqlı hadisələr qeydə alınıb.
İdman.biz onlardan bəzilərini təqdim edir.
Azərbaycan futbolunda "Sabah" tarixi uğura imza atıb. Komandanın ilk titulu ölkə kubokuna təsadüf edib.
Eyni gündə PSJ tarixində ilk Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
- "Sabah" (Azərbaycan) tarixində ilk titulunu qazanıb
- PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub
- "Tottenhem" 6296 gündən sonra kubok qazanıb
- “Krasnodar” tarixində ilk dəfə Rusiya çempionu olub
- "Qo İxed İqlz" 92 ildən sonra ilk dəfə kubok qazanıb️
- "Kristal Pelas" tarixində ilk dəfə kubok qazanıb
- "Yunion" 90 ildə ilk dəfə kubok qazanıb️
- "Nyukasl" 70 ildən sonra ilk dəfə kubok qazanıb
- "Bolonya" 51 ildən sonra ilk dəfə kubok qazanıb
- "Mançester Siti" 9 ildən sonra kuboksuz qalıb
" "Barselona" mövsümün bütün El Klassikolarını qazanıb
- “Milan” 5 ildən sonra ilk dəfə avrokuboklarda oynamayacaq
- “Şaxtyor” 26 ildən sonra Çempionlar Liqasında oynamayacaq
- “Mançester Yunayted” tarixdə ilk dəfə ardıcıl 8 Premyer Liqa matçında qalib gələ bilməyib
İdman.biz