Bu gün Azərbaycan çempionatının pley-offunda iştirak edəcək ilk komanda müəyyənləşə bilər.
İdman.biz xəbər verir ki, I Liqada oynamaq uğrunda pley-offa ilk vəsiqənin sahibinin II Liqadan olacağı gözlənilir.
4-cü yeri tutacaq komanda bu raundda 1-ci Liqanın 9-cusu ilə qarşılaşacaq. Hazırda bu vəsiqəyə iki komanda iddia edir. 45 xala malik “Hypers Guba” mövsümün sonuna 2 tur qalmış “Şəmkir”i 1 xal qabaqlayır.
Quba təmsilçisi 3-cü yeri və I Liqaya vəsiqəni təmin edən “Şimal”la qarşılaşacaq. Meydan sahibləri bu çətin sınaqdan qalib ayrılsalar, “Şəmkir”in məğlubiyyəti onları pley-offa daşıyacaq.
Qərblilər autsayderlər qrupunda yer alan “Lerik”in qonağı olacaqlar. Cənublular II Liqada qalmaq uğrunda mübarizə apardığı üçün “Şəmkir”i büdrətmək üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, “Hypers Guba” – “Şimal” və “Lerik” – “Şəmkir” oyunları saat 17:00-da başlayacaq.
İdman.biz