AFFA iki kluba lisenziya verməyib

Xəbərlər
8 May 2025 16:39
51
AFFA iki kluba lisenziya verməyib

Azərbaycan çempionatının II Liqasının qalibləri I Liqaya vəsiqə qazanıblar.

İdman.biz xəbər verir ki, bu, AFFA-nın Lisenziya Komissiyasının iclasında rəsmiləşib.

Mövsümü ilk 3 pillədə bitirəcəyi dəqiqləşən “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” I Liqada oynamaq üçün lisenziya alıblar. Pley-offa qatılmaq üçün 4-cü yerə iddiası qalan “Hypers Guba” və “Şəmkir” də buna nail olub. Onlardan hansı 4-cü yeri tutsa, I Liqanın 9-cu yerinin sahibi ilə qarşılaşacaq.

I Liqa üçün müraciət edən klublardan yalnız ikisinin arzusu reallaşmayıb. AFFA “Araz Saatlı” və “Füzuli”yə lisenziya verməyib. II Liqada liderlərdən uzaq düşən komandalar lisenziya alsaydı da, yenidən aşağı dəstədə oynamalı olacaqdı.

İdman.biz