Avropa Liqasında ingilis finalı - YENİLƏNİB - VİDEO

Xəbərlər
9 May 2025 00:54
317
Avropa Liqasında ingilis finalı  - YENİLƏNİB - VİDEO

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici oyuna İngiltərənin iki klubu vəsiqə qazanıb.

Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olmuş "Bodo-Qlimt" və "Tottenhem" komandaları bu dəfə Norveçdə üz-üzə gəliblər. İngilislər ilk oyunda olduğu kimi səfərdə də qalib gəliblər. Görüş 2:0 hesabı ilə yekunlaşıb.

Digər yarımfinalda isə "Mançester Yunayted" evdə "Atletik"lə qarşılaşıb. Erkən qol vuran qonaq komanda ümidlənsə də, sona yaxın "qırmızı şeytanlar" 4 qol vuraraq, cütün taleyini həll ediblər.

Qeyd edək ki, final qarşılaşması mayın 21-də Bilbaoda keçiriləcək.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. "Bodo-Qlimt" - "Tottenhem" - 0:2

Qollar: Solanke, 63. Porro, 69
İlk oyun - 1:3

23:00. "Mançester Yunayted" - "Atletik" - 4:1
Qollar:
Maunt, 72; 90+1. Kazemiro, 80. Hoylund, 83 - Jauregizar, 31
İlk oyun - 3:0

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək.

İdman.biz