Qadın futbolçular arasında Rusiya Superliqasında VIII turun rəmzi komandası açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva da “11-lik”də yer alıb.
Müdafiəçinin formasını geyindiyi Sankt-Peterburq təmsilçisi "Zenit" VIII turda "Rubin"ə 2:0 hesabı ilə qalib gəlib. Nigar bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 8 turdan sonra 17 xala malik "Zenit" 3-cü pillədə qərarlaşıb.
İdman.biz