Avropa Liqasında Azərbaycanı təmsil edəcək klubun ilk mümkün rəqibi bəlli olub.
İdman.biz xəbər verir ki, təmsilçimizin püşkatmada yer alacağı səbət bir müddət əvvəl dəqiqləşib.
I təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər sırasında yer alacaq Azərbaycan klubunu gözləyən rəqiblərdən biri də müəyyənləşib. Bu, Polşanın “Legiya” klubudur. Varşava təmsilçisi yüksək reytinqə malik olduğu üçün səpələnmişlərdəndir.
Hazırda yalnız üç komandanın turnirdə iştirakı dəqiqləşib. “Legiya” səpələnmiş kimi təmsilçilərimizin ilk mümkün rəqibidir. “Aktobe” səpələnməmişlərdəndir. Trnava “Spartak”ının səbəti isə bəlli deyil.
Avropa Liqasına çıxmağa iki iddiaçı var. Bunlar “Sabah” və “Zirə”dir. Hər iki komandanın əmsalı 4,000-ə bərabər olduğu üçün təmsilçimiz səpələnməmiş olacaq.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması iyunun 17-də keçiriləcək.
Vüqar Xeyrullayev
İdman.biz