“Oyuna gəlin, birlikdə qələbə qazanaq”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.
28 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 31-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı öncəsi azarkeşlərə səslənib. O, sosial şəbəkə hesabında Azərbaycan çempionunun fanatlarını tribunaları doldurmağa çağırıb: “Qarşıdakı oyuna gəlib bizi dəstəkləyəcəyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadionda dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik”.
Qeyd edək ki, "Qarabağ" – "Neftçi” matçı aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.biz