"Real" və "Bavariya" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB - VİDEO

Xəbərlər
17 Aprel 2025 01:00
819
"Real" və "Bavariya" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB - VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçirilib.

“Real” İngiltərədə böyük hesabla uduzduğu “Arsenal”dan revanş almağa çalışıb. Amma madridlilərin səyləri nəticəsiz qalıb. Qarşılaşma London klubunun 2:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşmada “İnter” “Bavariya”nı qəbul edib. Münhenlilər fasilədən sonra hesabı açsalar da, meydan sahibləri qısa müddətdə iki qol vurublar. Öz meydanında uduzan "Bavariya"nın gücü heç-heçəyə çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. “Real” – “Arsenal” - 1:2
Qollar:
Vinisius Junior, 67 - Bukayo Saka, 65. Qabriel Martinelli, 90+3
İlk oyun – 0:3
23:00. “İnter” – “Bavariya” - 2:2
Qollar:
Lautaro Martines, 58. Benjamin Pavar, 61 - Harri Keyn, 52. Erik Dayer, 76
İlk oyun – 2:1

İdman.biz