“Bayer” “Barselona”ya gedən müdafiəçisinə əvəzləyici tapıb

Xəbərlər
27 Mart 2025 15:26
75
“Bayer” “Barselona”ya gedən müdafiəçisinə əvəzləyici tapıb

“Bayer” “Barselona”ya keçəcəyi gözlənilən Conatan Tanın mövqeyinə mərkəz müdafiəçisi axtarır.

İdman.biz xəbər verir ki, Almaniya klubunun bu mövqeyə əsas namizədi Malik Tiavdır.

Leverkuzen təmsilçisi uzun müddətdir izlədiyi futbolçu ilə danışıqlar aparmağa hazırlaşır. Malikin transfer qiyməti 25 milyon avroya bərabərdir. “Bayer” “Atalanta”da icarədə olan Odilon Kossununu satmaqla Tiavın xərclərini ödəməyi planlaşdırır.

Qeyd edək ki, Malik özü də Bundesliqada oynamağın əleyhinə deyil.

İdman.biz