Emrelinin komandası liderdən 7 xal geri qalır - VİDEO

Xəbərlər
16 Mart 2025 18:26
115
Emrelinin komandası liderdən 7 xal geri qalır - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu mövsüm Almaniya 2-ci Bundesliqasında 12-ci qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, komanda 26-cı turda evdə "Greuther Fürth"ə böyük hesabla qalib gəlib - 3:0.

Hər üç qol ilk hissədə vurulub, Emreli isə 81-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Nürnberq" xalını 41-ə çatdıraraq 7-ci pillədə qərarlaşıb və lider "Hamburq"dan 7 xal geri qalır.

İdman.biz