Misli Premyer Liqasında XXVII turun sonuncu oyunu Tovuzda start götürəcək.
İdman.biz xəbər verir ki, qarşılaşmada “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək.
Bu, rəqiblərin çempionatda 11-cu görüşü olacaq. Bundan əvvəlki görüşlərdə komandalar hərəyə 3 dəfə seviniblər. 10 matçdan 4-ü heç-heçə başa çatıb. Top fərqində “Sumqayıt” üstündür – 12-13.
“Turan Tovuz” son 3 qarşılaşmada qol vurub. “Sumqayıt” bütün səfər görüşlərində qol buraxıb.
|
26.08.2022 |
Sumqayıt - Turan Tovuz |
0:0 |
|
28.10.2022 |
Turan Tovuz - Sumqayıt |
1:0 |
|
30.01.2023 |
Sumqayıt - Turan Tovuz |
2:1 |
|
31.03.2023 |
Turan Tovuz - Sumqayıt |
2:3 |
|
23.09.2023 |
Sumqayıt - Turan Tovuz |
0:0 |
|
02.12.2023 |
Turan Tovuz - Sumqayıt |
2:2 |
|
18.02.2024 |
Sumqayıt - Turan Tovuz |
0:0 |
|
19.04.2024 |
Turan Tovuz - Sumqayıt |
1:4 |
|
11.08.2024 |
Turan Tovuz - Sumqayıt |
1:0 |
|
20.10.2024 |
Sumqayıt - Turan Tovuz |
2:4 |
Qeyd edək ki, qarşılaşma saat 18:30-da başlayacaq.
İdman.biz
