Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.
Türkiyə “Fənərbaxça”sı da növbəti sınağına çıxıb. İstanbul klubu “Reyncers”lə üz-üzə gəlib. Gözlənilənlərin əksinə qonaqlar daha yaxşı çıxış edərək, 3:1 hesabı ilə qalib gəliblər.
İki görüşdə “Böyük beşlik” təmsilçiləri qarşılaşıb. “Real Sosyedad” “Mançester Yunayted”lə heç-heçə oynayıb. “Roma” isə son dəqiqə qolu ilə “Atletik”i məğlub edib.
Qeyd edək ki, cavab görüşləri martın 13-də keçiriləcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
6 mart
21:45. “Alkmaar” – “Tottenhem” - 1:0
Qol: Berqvall, 18 (öz qapısına)
21:45. “Fənərbaxça” – “Reyncers” - 1:3
Qollar: Djiku, 30 - Dessers, 7. Çernı, 42; 81
21:45. FCSB – “Lion” - 1:3
Qollar: Baluta, 68 - Talyafiko, 30. Fofana, 86; 90
21:45. “Real Sosyedad” – “Mançester Yunayted” - 1:1
Qollar: Oyarzabal, 70 (p.) - Zirkze, 57
00:00. “Viktoriya” – “Latsio” - 1:2
Qollar: Durosinmi, 52 - Ramonyoli, 18. İsaksen, 90+8
00:00. “Bodo Qlimt” – “Olimpiakos” - 3:0
Qollar: Tzolakis, 13 (öz qapısına). Hoq, 45; 55
00:00. “Ayaks” – “Ayntraxt” - 1:2
Qollar: Brobbi, 10 - Larsson, 28. Sxiri, 70
00:00. “Roma” – “Atletik” - 2:1
Qollar: Anhelinyo, 56. Şomurodov, 90+4 - İ. Uilyams, 59
İdman.biz