Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, “Liverpul”un hücumçusu mövsüm ərzində səfərdə vurulan qol sayında rekorda şərik çıxıb.
“Mançester Siti” ilə matçda (2:0) fərqlənən misirli forvard cari mövsümdə 16-cı dəfə rəqib meydanında fərqlənib. O, yarışın tarixində buna nail olan 3-cü futbolçudur.
Kevin Fillips 1999/2000 mövsümündə “Sanderlend”də, Harri Keyn 2022/23 mövsümündə “Tottenhem”də belə məhsuldarlıq göstərib.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın cari mövsümündə daha 4 səfər görüşünə çıxacaq.
İdman.biz