Con Stounzun əməliyyat təhlükəsi

22 Fevral 2025 10:00
298
Con Stounzun əməliyyat təhlükəsi

“Mançester Siti” müdafiəçisi Con Stounzun xidmətindən məhrum olub.

İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, müdafiəçinin yaxın müddətdə meydana qayıdışı inandırıcı deyil: “Onun zədəsi ağırdır. Əməliyyatın olub-olmayacağı yaxın günlərdə dəqiqləşəcək. Onun ayağının ön hissəsi zədələnib”.

Qeyd edək ki, Stounz Çempionlar Liqasının “Real”la matçında zədələndiyi üçün əvəzlənib.

İdman.biz