"Panatinaikos" uduzub, "Betis" Belçikada böyük üstünlük qazanıb - VİDEO

Xəbərlər
14 Fevral 2025 02:07
198
"Panatinaikos" uduzub, "Betis" Belçikada böyük üstünlük qazanıb - VİDEO

Bu gün Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Liqa mərhələsində 9-24-cü yeri tutan komandalar 1/8 finala vəsiqə uğrunda ilk duelə çıxıb. Günün ən maraqla gözlənilən qarşılaşmasında “Kopenhagen”lə “Haydenhaym” üz-üzə gəlib. Almanlar Danimarkadan qələbə ilə dönüblər.

"Molde"nin öz meydanında "Şemrok Rovers"a, "Panatinaikos"un isə səfərdə "Vikinqur"a məğlubiyyəti çoxları üçün gözlənilməz olub.

Qeyd edək ki, cavab görüşləri fevralın 20-də keçiriləcək.

Konfrans Liqası
Pley-off, ilk oyunlar
13 fevral

21:45. “Baçka Topola” – “Yagelloniya” - 1:3
21:45. “Selye” - APOEL - 2:2
21:45. “Vikinqur” – “Panatinaikos” - 2:1
21:45. “Molde” – “Şemrok Rovers” - 0:1
00:00. “Gent” – “Betis” - 0:3

00:00. “Borats” – “Olimpiya” - 1:0
00:00. “Omoniya” – “Pafos” - 1:1
00:00. “Kopenhagen” – “Haydenhaym” - 1:2

İdman.biz