Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 4 matç baş tutub.
İlk görüşlərdə uduzanlardan yalnız “Qalaksi” revanşla yarımfinala yüksəlib. “Göyçə”nin “Aznur” üzərində qələbəsi isə mərhələ adlamağa yetərli olmayıb.
“Birbaşa Bakı” və “Zirə” də yarımfinala yüksəlib. İddialılar ikinci qarşılaşmada da qalib gəlib.
Azərbaycan çempionatı
1/4 final, cavab oyunları
5 fevral
“Star Bakı” – “Zirə” – 0:8
İlk oyun – 1:7
“Qalaksi” – “Sumqayıt” – 8:4
İlk oyun – 0:1
“Göyçə” – “Aznur” – 3:2
İlk oyun – 3:6
“Laçın” – “Birbaşa Bakı” – 1:10
İlk oyun – 0:13
İdman.biz